İsrail qüvvələri Qüdsdə və İordan çayının qərbində 19 fələstinlini həbs edib

İsrail hökuməti dövlətinin təsisinin 71-ci ili ilə bağlı İordan çayının qərbi və Qüds ətrafında bir sıra təhlükəsizlik tədbirləri keçirdiyini bəyan edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 13:50

İsrail qüvvələri Qüds şəhəri və İordan çayının qərb sahili bölgələrində 19 fələstinlini həbs edib.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, İsrail hökuməti dövlətinin təsisinin 71-ci ili ilə bağlı İordan çayının qərbi və Qüds ətrafında bir sıra təhlükəsizlik tədbirləri keçirdiyini bəyan edib.

 

Fələstin Media Mərkəzi bildirib ki, İsrail qüvvələrinin ötən gecə və bu gün sübh basqınları zamanı 19 fələstinli həbs edilib.

 

Qeyd edək ki, İsrail 1948-ci ilin 14 mayında təsis edilib. Fələstinlilərin “Nikbət” və bədbəxtlik günü adlandırdıqları bu gündə 800 min civarında insan ev eşiyindən didərgin düşüb.