Çin və Rusiya nüvə sahəsində əməkdaşlığa dair 17 milyardlıq müqavilə imzalayıb

Enerji blokunun tikintisinə 2021-ci ilin oktyabr və 2022-ci ilin avqustunda başlanılacağı planlaşdırılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 14:13

Çinin Milli Nüvə Təşkilatı (”China National Nuclear Power”) Rusiyanın “Atomtikintiixracat” (“Rosatom”a daxil olan “Atomstroyeksport”) şirkəti ilə 17,02 milyard dollarlıq müqavilə imzalayıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Şanxay Fond Birjası məlumat yayıb.

 

Bildirilib ki, tərəflər bu müqaviləni “Sudapu” Atom Elektrik Stansiyasının “NN3-4” bloku üzrə imzalayıblar.

 

Enerji blokunun tikintisinə 2021-ci ilin oktyabr və 2022-ci ilin avqustunda başlanılacağı planlaşdırılıb.