Türkiyə və Rusiya İdlib məsələsinə dair birgə işçi qrupu yaradacaq

Astana razılaşmasının ruhuna zidd olan hücumlar dayandırılmalıdır...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 17:48

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiya Federasiyası ilə birgə Suriyanın İdlib bölgəsi üzrə işçi qrupunun yaradılacağını və tezlikə fəaliyyətə başlayacağını açıqlayıb.

 

"İdlibdəki vəziyyətlə bağlı Sergey Lavrovla müzakirələr apardım, prezidentimiz (Rəcəb Tayyib) Ərdoğan iki gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə söhbət etdi. İdliblə bağlı işçi qrupunun yaradılması barədə razılıq əldə edildi. Bu istiqamətdə işləri gücləndirdik" Çavuşoğlu Ankarada jurnalistlərə bildirib.

 

İnterAz RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu Dəməşqi İdlibdə atəşkəs rejimini pozmaqda ittiham edib: "Astana razılaşmasının ruhuna zidd olan hücumlar dayandırılmalıdır".