Fransanın Korsika adasına güclü qar yağıb

Yerli hakimiyyət orqanları təbii hadisənin nəticələrinin aradan qaldırılması üçün qartəmizləyən texnikanı cəlb edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 09:04

Fransanın Korsika adasına güclü qar yağıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı bildirib.

 

Bildirilir ki, qar nəticəsində Ayaçço və Bastiya şəhərlərini əlaqələndirən Vissavona aşırımı bir neçə saat ərzində nəqliyyatın hərəkəti üçün bağlı olub. Yuxarı Korsika prefekturasının nümayəndəsi telekanala bildirib ki, "Vissavona aşırımında 1-3, Verdjio aşırımında isə 5 santimetrə qədər qarın yağması gözlənilir

 

Yerli hakimiyyət orqanları təbii hadisənin nəticələrinin aradan qaldırılması üçün qartəmizləyən texnikanı cəlb edib.