Çində binanın çökməsi nəticəsində 20 nəfər dağıntılar altında qalıb

Hazırda uçqun altında qalanların axtarış-xilasetmə işləri aparılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 10:39

Bu gün səhər saatlarında Şanxayda təmir gedən binanın çökməsindən sonra, təxminən, 20 nəfər dağıntılar altında qalıb.

 

İnterAz bu barədə "Sputnik"ə istinadən xəbər verir.

 

Çin mətbuatının yazdığına görə, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Xilasedicilər azı 4 nəfəri xilas ediblər.

 

Hazırda hadisənin başverməsinin mümkün səbəbləri barədə rəsmi məlumat yoxdur.