İsrail qüvvələrinin fələstinlilərin askiyasına atəş açması nəticəsində 60 nəfər yaralanıb

Fələstinlilər bu yürüşlərə ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra başlayıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 11:08

Fələstinlilərin ötən gün gecə saatlarına qədər davam edən dönüş yürüşündə 60 nəfər yaralanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə mənbələri məlumat verib.

 

Bildirilib ki, ötən gün Qəzzanın şərqində İsrailin təsisi və 800 min fələstinlinin yurdlarından didərgin salınması ilə əlaqədar keçirilən dönüş yürüşlərində 60 fələstinli müxtəlif dərəcələrdə yaralanıb.

 

Fələstinlilər İsrailin işğal etdiyi ərazilər istiqamətdəki yürüşlərini adətən cümə günü keçirirlər. Lakin İsrailin təsisi gününün 15 maya təsadüf etməsinə görə fələstinlilər ötən gün daha bir yürüşü həyata keçiriblər.

 

Fələstinlilər bu yürüşlərə ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra başlayıblar.