Cavad Zərif: Müharibə aparmaq niyyətində deyilik, lakin mənafeyimizi müdafiə edəcəyik

İran XİN rəhbəri müsahibəsinin bir hissəsində vurğualayıb ki, nüvə sazişinin qorunub saxlanılmasını istəyən dövlətlər öhdəliklərinə əməl etsinlər...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 11:36

"İran regionda qarşıdurma və müharibə aparmaq fikrində deyil, amma həmişə öz mənafeyini güclü şəkildə müdafiə edəcək və indi də edir."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

İran XiN rəhbəri Yaponiyaya səfəri çərçivəsində bu ölkə rəsmiləri ilə görüşdükdən sonra verdiyi müsahibədə son günlərdə ABŞ-la İran arasında baş verən gərginliklərə münasibət bildirib.

 

M.C.Zərif bildirib ki, onun ölkəsi müharibə aparmaq niyyətində deyil, amma eyni zamanda öz mənafeyini lazımi şəkildə dəstəkləyəcək.

 

İran XİN rəhbəri həmçinin yaponioyalı həmkarı ilə danışıqlar zamanı, ABŞ-ın nüvə sazişindən çıxması və əsassız sanksiyalara başlaması, İran neftinin icraxına əngəl yaratması və bu addımların dünya neft bazarına və regionun sabitliyinə vura biləcəyi zərərlərindən danışdığını bildirib. Məhəmməd Cavad Zərif bildirib ki, Yaponiya nüvə sazişinin qorunub saxlanılmasını istəyir.

 

İran XİN rəhbəri müsahibəsinin bir hissəsində vurğualayıb ki, nüvə sazişinin qorunub saxlanılmasını istəyən dövlətlər öhdəliklərinə əməl etsinlər.