Səudiyyə Yəmən paytaxtına aviazərbələr endirib, bir ailənin bütün üzvləri həlak olub

Hava zərbələri nəticəsin 4 mərtəbəli bir bina uçub...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 11:51

Səudiyyə Ərəbistanın hərbi təyyarələri bu gün səhər Yəmən paytaxtı Sənanın bir kvartalına ardıcıl hava zərbələri endirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi təyyarələri paytaxt Sənanın Raqqas deyilən kvartalına ardıcıl bir neçə hava zərbəsi endirib.

 

Hava zərbələri nəticəsin 4 mərtəbəli bir bina uçub.

 

Altı nəfərlik ailənin bütün üzvləri həlak olublar.

 

Hazırda dağıntılar altında qalanların çıxarılması davam etdirilir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanın bu hava zərbələri neft təsisatlarına iki gün öncə edilən hücumdan sonra ilk hesab edilir.

 

Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə Abdu-Rabbih mansur Hadinin legitimliyini dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. lakin Abdu-Rabbih Mansur hadi hələ də Səudiyyə paytaxtı ər-Riyaddadır.