Zelenskinin andiçmə mərasiminin vaxtı bəlli olub

Ukrayna Ali Radasında səsə qoyulan təklif 315 millət vəkili tərəfindən dəstəklənib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 12:40

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminin keçiriləcəyi vaxt bəlli olub. 

 

İnterAz-ın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, inauqurasiya mərasimi mayın 20-nə təyin olunub.

 

Ukrayna Ali Radasında səsə qoyulan təklif 315 millət vəkili tərəfindən dəstəklənib.