Avstriyada orta məktəblərdə hicab geyinmək qadağan edilib

Qanun layihəsi Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyası koalisiya hökumətinin üzvləri tərəfindən dəstəklənib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 14:50

Avstriya Milli Şurası (parlament) qızların orta  məktəblərdə hicab geyinməsini qadağan edən qanunu layihəsinin lehinə səs verib.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, səsvermə ötən gün keçirilib. Qanun layihəsi Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyası koalisiya hökumətinin üzvləri tərəfindən dəstəklənib.

 

Qanuna görə, yalnız tibbi məqsədlərlə və mənfi hava şəraiti ilə bağlı taxılacaq baş geyimləri istisna edilir.

 

2018-ci ilin noyabr ayında Avstriya parlamenti bağçalarda hicab taxılmasını qadağan etmişdi.