İraqda İŞİD-in azərbaycanlı üzvünün həyat yoldaşına ömürlük həbs verilib

İraq Ağır Cinayətlər Məhkəməsi suriyalı qadını terrorla mübarizə qanunun 4-cü bəndinə əsasən cəzalandıraraq onu ömürlük həbsə məhkum edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 15:21

İŞİD-in azərbaycanlı üzvünün suriyalı həyat yoldaşı İraqda ələ keçib və ömürlük həbsə məhkum edilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Bağdadın Ağır Cinayətlər Məhkəməsi İŞİD üzvünün həyat yoldaşı olmuş eyni zamanda bəzi terror aktlarında əli olan bir suriyalı qadını ömürlük həbsə məhkum edib.

 

Bildirilib ki, suriyalı qadın qeyri-qanuni yolla İraqın Mosul şəhərinə oradan da Təlafirə daxil olub.

 

Qadın öz etiraflarında İŞİD-in Təlafirdə bir azərbaycanlı üzvü ilə evlilik həyatına daxil olduğunu bildirib. O bildirib ki, yoldaşı elə Təlafir döyüşlərində İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

İraq Ağır Cinayətlər Məhkəməsi suriyalı qadını terrorla mübarizə qanunun 4-cü bəndinə əsasən cəzalandıraraq onu ömürlük həbsə məhkum edib.