Türkiyə və ABŞ prezidentləri G20 sammiti çərçivəsində görüşə bilər

Bildirilir ki, dövlət başçılarının görüşü 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 May 2019, 08:51

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə amerikalı həmkarı Donald Trampla görüşə bilər.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Reuters" məlumat yayıb.

 

Bildirilir ki, dövlət başçılarının görüşü 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər.

 

"Biz hazırda təqvim üzərində işləyirik. Bir neçə müsbət siqnallar alırıq, lakin dəqiq vaxt hələ müəyyən olunmayıb. Onlar [Ərdoğan və Tramp] həmçinin Yaponiyada G20 sammitində görüşə bilərlər", - deyə agentlik mənbənin sözlərini sitat gətirir.

 

"İkitərəfli səfərlərə gəldikdə isə biz dəqiq tarix gözləyirik", - deyə Türkiyə hakimiyyəti nümayəndəsi əlavə edib.