Husilər Əbu-Dabi hava liamanının vurulmasının görüntülərini yayımlayıblar

Yəmənin “Pilotsuz təyyarələr qüvvələri” BƏƏ-nin Əbu-Dabi hava limanının vurulması görüntülərini yayımlayıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 May 2019, 09:17

Qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusu və “Xalq Komitələri” (husilər) ölkəyə hava zərbələri endirən Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi hava limanının vurulmasının görüntülərini yayımlayıblar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Yəmənin “Pilotsuz təyyarələr qüvvələri” BƏƏ-nin Əbu-Dabi hava limanının vurulması görüntülərini yayımlayıblar.

 

Bildirilib ki, bu hücum ötən ilin iyulunda Səmmad-3 tipli pilotsuz təyyarə ilə həyata keçirilib.

 

BƏƏ rəsmiləri o zaman bu hücumu inkar etsələr də indi həmin hücumun görüntüləri yayımlanıb.

 

Husilər bu görüntüləri Əbu-Dabi hava limanındakı mənbələrdən əldə etdiklərini bildiriblər.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ və onların başçılıq etdiyi hərbi koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkəyə hərbi müdaxiləyə başlayıblar.