Donald Tramp vertolyot insidentinə münasibət bildirib

ABŞ-da vertolyotun göydələnə təcili eniş etməsi nəticəsində 1 nəfər ölüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyun 2019, 08:52

ABŞ prezidenti Donald Tramp vertolyotun Nyu-Yorkdakı göydələnin damına sərt eniş etməsinə münasibət bildirib.

 

İnterAz xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

 

"Mənə Nyu-Yorkda vertolyot qəzası haqqında məlumat verildi", - deyə o, "Twitter"də yazıb. ABŞ-ın dövlət başçısı yanğınsöndürənlərin işini qeyri-adi adlandırıb.

 

Ağ Ev rəhbəri qeyd edib ki, Prezident Administrasiyası fövqəladə xidmətlərin əməkdaşlarına istənilən zəruri köməyi etməyə hazırdır.

 

Qeyd edək ki, ABŞ-da vertolyotun göydələnə təcili eniş etməsi nəticəsində 1 nəfər ölüb.