Süleyman peyğəmbər (ə) haqqında serial çəkilir

Rejissor serialın çəklişi üçün xüsusi şəhərciyin inşasını da istisna etməyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyun 2019, 13:50

İranda Süleyman Peyğəmbər haqqında ərsəyə gətirilən bədii filmin davamı olaraq serial çəkilir.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə serialın rejissoru Məhəmməd Rza Ramazani məlumat verib.

 

İranlı rejissor bildirib ki, "Mülki Süleyman" bədii filminin davamı olaraq, peyğəmbərlə bağlı ərsəyə gətiriləcək serialın ekranlara çıxması 5 il çəkəcək.

 

Rejissor serialın çəklişi üçün xüsusi şəhərciyin inşasını da istisna etməyib.

 

Qeyd edək ki, bundan öncə İran kinomotoqraflarının ərsəyə gətirdiyi, həzrət Yüsif Peyğəmbər, Muxtarnamə, İmam Həsən, Həzrət Əli və sair müqəddəs şəxsiyyətlər haqda film və seriallar böyük tamaşaçı kütləsini özünə cəlb edib.