Pentaqon Türkiyə ilə S-400 və F-35 məsələsini müzakirə edəcək

Lakin mən ümid edirəm ki, sabah biz baxış mübadiləsi aparacağıq və hansı məsələdə irəliləyiş əldə olunduğu barədə bir-birimizi məlumatlandıracağıq...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 08:50

ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen türkiyəli həmkarı Hülusu Akar ilə Ankaranın Rusiyanın S-400 zenit raket sistemini alması və Türkiyə pilotlarına Amerikanın F-35 təyyarələri üçün təlimlərin keçirilməsinin dayandırılması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcək.

 

İnterAz CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen deyib.

 

"Lakin mən ümid edirəm ki, sabah biz baxış mübadiləsi aparacağıq və hansı məsələdə irəliləyiş əldə olunduğu barədə bir-birimizi məlumatlandıracağıq", - deyə Şenahen əlavə edib.

 

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton və Ankara arasında əməkdaşlıq təkcə pilotların təlimatlandırılması məsələsində dayandırılıb, təyyarələrə xidmət göstərilməsində deyil.