İmamların dəfn edildiyi Bəqi məzarlığının dağıdılmasından 94 il ötür

Bu cinayət hadisəsinin 8 şəvvala təsadüf etdiyindən bir çox müsəlman ölkələrində bu günü hüzn günü kimi qeyd edirlər...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 09:26

Səudiyyə Ərəbistanın Mədinə şəhərində Məhəmməd Peyğəmbərin (s.ə) məzarından 300 metr aralıda yerləşən və imamların dəfn edildiyi Bəqi məzarlığının dağıdılmasından 94 il keçir.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, çoxlu səhabələrin, Peyğəmbər, imamlar və onların övladlarının dəfn edildiyi Bəqi məzarlığı tarixdə iki dəfə 1806 və 1925-cı ildə radikal vəhhabi birləşmələri tərəfindən dağıdılıb.

 

Bəqi məzarlığının sonuncu dəfə dağıdılması zamanı məzarlıqda olan qəbirlərin üzərindəki bütün qübbə və türbələr şirklə mübarizə bəhanəsilə ilə yerlə yeksan edilib.

 

Bu cinayət hadisəsinin 8 şəvvala təsadüf etdiyindən bir çox müsəlman ölkələrində bu günü hüzn günü kimi qeyd edirlər.

 

Qeyd edək ki, Bəqi məzarlığında 4 imamın, Məhəmməd Peyğəmbərin övladları və zövcələrinin və onlarla səhabənin məzarı var.

 

Müsəlman təşkilatları və alimləri intensiv olaraq, Səudiyyə Ərəbistanı hökumətindən tələb edirlər ki, Bəqi və onun kimi dağıdılan dini abidələrin təmirinə icazə versin. Lakin 94 il keçməsinə baxmayaraq, islam alimlərinin radikal sələfi düşüncələrinin fəsadları ilə bağlı xəbərdarlığına məhəl qoyulmur.