Kasım-Jomart Tokayev Qazaxıstan prezidenti kimi and içib

Qazaxıstanda keçirilmiş prezident seçkilərini qazanan Kasım-Jomart Tokayevin andiçimə mərasimi keçirilib və o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 10:07

Qazaxıstanda keçirilmiş prezident seçkilərini qazanan Kasım-Jomart Tokayevin andiçimə mərasimi keçirilib və o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

 

İnterAz bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

 

Xatırladaq ki, Qazaxıstanda sayca 9-cu prezident seçkiləri bu il iyunun 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" Partiyasından namizədliyi irəli sürülmüş Tokayev 70,96% səslə seçkilərdə qalib gəlib.