İsrail Suriyanın cənubuna bir neçə raket atıb, havadan müdafiə cavab verib

İsrail raketlərindən bir neçəsinin zərbəsi nəticəsində yalnız maddi ziyanların olduğu bildirilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 10:34

Suriyanın Havadan müdafiə sistemləri hərəkətə keçərək, İsrail tərəfindən atılan raketlərin bir neçəsini vurub.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, ötən gecə saat 02. radələrində İsrail tərəfindən ölkənin cənubunda Təll- Harrə bölgəsinə bir neçə raket atılıb ki, onların bəzisi zərərsizləşdirilib.

 

İsrail raketlərindən bir neçəsinin zərbəsi nəticəsində yalnız maddi ziyanların olduğu bildirilib.

 

Qeyd edək ki, İsrail tərəfi cari ayın əvvəlində Dəməşqətrafı əyalətin cənubunu ötən ayın sonunda isə Suriyanın Homs əyalətində yerləşən T-4 hərbi bazasına təcavüz etmişdi.