Son 40 ildə ilk dəfə olaraq Yaponiya baş naziri İrana səfər edib

Şinzo Abe bu gün Tehrana yollanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 12:33

Son 40 ildə ilk dəfə olaraq bir Yaponiya baş naziri İrana səfər edib. Şinzo Abe bu gün Tehrana yollanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Şinzo Abe bu gün Tehrana yollanıb. Yaponiya baş naziri Tehrana yollanmamışdan öncə hava limanında jurnalistlərə verdiyi müsahibədə İran və nüvə sazişi ətrafında baş verən son gərginliklərin hamını narahat etdiyini bildirib.

 

O bildirib ki, İranla insaflı və səmimi danışıqları aparmaq və Asiyanın qərbində təhlükəsizliyin bərpası üçün səmərəli görüşlər keçirmək istəyir.

 

Şinzo Abe əlavə edib ki, ölkəsi Asiyanın qərbində təhlükəsizliyin bərpa edilməsi istiqamətində bacardığı qədər rola malik olmaq istəyir.

 

Qeyd edək ki, bəzi qərb və ərəb mətbuatı iddia edir ki, Yaponiya baş naziri İran səfərində ABŞ-ın rəsmi Tehrana təkliflərini çatdıracaq.