Putin Rusiya Günü münasibəti ilə xalqını təbrik edib

Rusiya Günü iyunun 12-də qeyd olunur...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 14:50

Rusiya Dövlət Başçısı Vladimir Putin Rusiya Günü münasibətilə xalqını təbrik edib.

 

Təbrikdə Putin bildirib ki, vətəndaşlar Vətənin ayrılmaz hissəsidir və onların amalı  ölkəni inkişaf etdirməkdir. 

 

İnterAz RİA "Novosti"yə görə, Rusiya Günü iyunun 12-də qeyd olunur. Bu, ən yeni  dövlət bayramlarından biridir.

 

Xalqını təbrik edən Putin, ölkə vətəndaşlarının hər zaman Vətəni ən hassas, ən möhtəşəm hisslərlə yad etdiyini qeyd edib.