Boris Conson Birləşmiş Krallığın baş naziri vəzifəsi uğrunda seçki kampaniyasına start verib

O, çıxışı zamanı seçki proqramından danışıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 16:36

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri və Birləşmiş Krallığın baş naziri vəzifəsi uğrunda seçki kampaniyasına start verib.

 

İnterAz bu barədə  "Reuters"ə istinadən xəbər verir.

 

O, çıxışı zamanı seçki proqramından danışıb. B.Conson həmçinin qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqından oktyabrın 31-də çıxacaq.