Sudanda növbəti dəfə dövlət çevrilişinə cəhd olub

Hakimiyyəti ordu tərəfindən yaradılan keçid hərbi şura əlinə alıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 17:38

Sudanda növbəti hərbi çevriliş cəhdinin qarşısı alınıb.

 

İnterAz bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

 

"Al-Arabia" telekanalının məlumatına görə, Sudanda keçid hərbi şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb və 68 zabit saxlanılıb.

 

Xatırladaq ki, dörd aylıq xalq etirazları fonunda aprelin 11-də Sudanda hərbi çevriliş olub. Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb, ardından həbsxanaya salınıb. Hakimiyyəti ordu tərəfindən yaradılan keçid hərbi şura əlinə alıb. Onlar iki il ərzində hakimiyyəti seçilmiş hökumətə ötürəcəklərini açıqlayıblar.