Ərdoğan: Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm

Mən demirəm Türkiyə S-400 alacaq, mən deyirəm Türkiyə onları artıq alıb, bu bitmiş bir işdir...

Bakı, Aytən Əliyeva, İnteraz - 13 Iyun 2019, 08:47

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Rusiyadan S-400 zenit raket komplekslərinin alınması məsələsinin bağlandığını təsdiq edib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, o bu bəyanatla Ankarada çıxış edib.

 

"Mən demirəm Türkiyə S-400 alacaq, mən deyirəm Türkiyə onları artıq alıb, bu bitmiş bir işdir. Onlar gələn ay göndəriləcək", - deyə Türkiyə lideri bildirib.