Yaponiya baş naziri Ayətullah Xameneinin nüvə silahı barədə haram fətvasını alqışlayıb

İslam dini sülh, dözümlülük və tolerantlıq dinidir...

Bakı, Aytən Əliyeva, İnteraz - 13 Iyun 2019, 10:33

“Mən sevinirəm ki, İranın ali dini lideri kütləvi qırğın silahının haram olması haqda bir neçə dəfə fətva verib.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Yaponiya baş naziri Şinzo Abe Tehranda keçirilən mətbuat Konfransında deyib.

 

İran prezidenti ilə birgə ötən gün mətbuat konfransına qatılan Ş.Abe dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişinin əhəmiyyətindən, eləcə də İranın ali dini lideri Ayətullah Xameneinin kütləvi qırğın silahlarının istehsalının haram fətvasından danışıb.

 

 “İslam dini sülh, dözümlülük və tolerantlıq dinidir. İslam dininin mənəviyyatı xüsusilə də “işlərin ən yaxşısı orta yolu və mötədil olanıdır” devizi məni təsir altında saxlayıb. Mənin üçün çox möhtərəm bir qərarlardan biri də Ayətullah Xameneinin dəfələrlə kütləvi qırğın silahı haqda haram fətvası verməsidir.” deyə Yaponiya baş naziri bu fətvanı alqışlayıb.