Türkiyədə erməni dilində kanal fəaliyyətə başlayıb

İnternet vasitəsi ilə test yayımına çıxan kanalda siyasət, moda və mədəniyyətə aid proqramlar yayımlanacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Iyun 2019, 17:22

Türkiyədə erməni dilində kanal fəaliyyətə başlayıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, jurnalist Aram Kuran tərəfindən yaradılan kanalın adı erməni dilində "ışıq" mənasını verən "Luys” TV-dir. Kanal türk və erməni dilində yayımlanan ilk kanaldır.

 

Kanalın baş redaktoru Aram Kuran  2 il əvvəl kanalın açılması üçün fəaliyyətə başladığını və ən böyük dəstəyi ona prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi bildirib.

 

İnternet vasitəsi ilə test yayımına çıxan kanalda siyasət, moda və mədəniyyətə aid proqramlar yayımlanacaq.