İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb, yaralananlar var

Qəzzanın şərqindəki bu dönüş yürüşü 61-ci hesab edilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 11:14

İsrail qüvvələri fələstinlilərin işğal edilmiş ərazilər istiqamətdə təşkil etdiyi dönüş yürüşünə atəş açıblar. Yaralananlar var.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ötən gün axşam saatlarına qədər davam edən dönüş yürüşündə 46 fələstinli yaralıanıb.

 

Qəzzanın şərqindəki bu dönüş yürüşü 61-ci hesab edilir. Bu yürüşdə yaralananlar arasında 3 tibbi yardımçı da var.

 

Qəzza səhiyyə mənbələri məlumat verib ki, ötən ilin martından başlayan dönüş yürüşlərində indiyədək 310 fələstinli həlak olub və 17 minə yaxın yaralanıb.

 

Qeyd edək ki, fələstinlilərin işğal edilən ərazilər istiqamətdə dönüş yürüşü ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra baş qaldırıb.