Yaponiyada G-20 ölkələrinin energetika və ekologiya nazirlərinin görüşü keçirilir

Yığıncaq 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G-20 zirvəsinə hazırlıqdır...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 11:34

Yaponiyanın Karyidzava kurort şəhərində G-20 ölkələrinin Energetika və ekologiya nazirlərinin görüşü keçirilir.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, görüşdə enerji təhlükəsizliyi və təbii ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi müzakirə ediləcək.

 

Yığıncaq 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G-20 zirvəsinə hazırlıqdır.

 

Rusiyanı toplantıda təbii qaynaq və ətraf mühit naziri Dmitri Kobılkin və Energetika nazirinin müavini Anton Inyutsın təmsil edir.