Ayətullah Sistani İŞİD-in yenidən İraqda fəallaşa biləcəyi haqda xəbərdarlıq edib

Ayətullah Sistani ölkə rəsmilərindən istəyib ki, İŞİD-in fəal olmasına səbəb ola biləcək amillərlə bağlı ciddi tədbir töksün...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 11:51

Tanınmış müctəhid Ayətullah Seyid Əli Sistani İŞİD terror təşkilatının İraqda yenidən fəallaşa biləcəyi haqda xəbərdarlıq edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin rəsmi nümayəndəsi Əhməd əs-Safi ötən gün Kərbəla şəhərində cümə namazı xütbələrində deyib.

 

Bu xəbərdarlıqda bildirilib ki, İraqda vəzifələr, postlar, məqamlar, əldə edilən "qənimətlər" uğrunda aparılan siyasi çəkişmə və rəqabətlər, eləcə də qəbilələrarası və məzhəblərarası çəkişmələrin davam edəcəyi təqdirdə İŞİD terror təşkilatının yenidən baş qaldırmasına gətirib çıxara bilər.

 

Ayətullah Sistani ölkə rəsmilərindən istəyib ki, İŞİD-in fəal olmasına səbəb ola biləcək amillərlə bağlı ciddi tədbir töksün.

 

Qeyd edək ki, 5 il öncə İŞİD terror təşkilatının İraqda irəlilədiyi və ordunun gerilədiyi zaman Ayətullah Sistaninin cihad fətvası ilə ölkədə "Xalq Səfərbər Qüvvələri" (Haşd Şabi) formalaşdı və terror təşkilatının qarşısını tez bir zaman ərzində qarşısını almaq mümkün oldu.