Türkiyədə yol qəzası: 2 çavuş ölüb, biri yaralanıb

Bildirilib ki, hadisə səhər saatlarında Tarsus-Adana-Qaziantep avtomobil yolunun Əshabi-Kəhfə çıxışına yaxın ərazidə baş verib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 12:14

Türkiyənin Mersin əyalətinin Tarsus rayonunda avtomobilin maneəyə çırpılması nəticəsində iki ixtisaslı hərbçi çavuş ölüb, biri yaralanıb.

 

İnterAz xəbər verir ki, məlumatı DHA yayıb.

 

Bildirilib ki, hadisə səhər saatlarında Tarsus-Adana-Qaziantep avtomobil yolunun Əshabi-Kəhfə çıxışına yaxın ərazidə baş verib.

 

Məlumata görə, çavuşlar Nevşehirdə keçirilən təlimdən sonra tətil üçün Mersinə gedirmişlər.