Düşənbədə Putin və Ərdoğan ayaqüstü söhbət ediblər

Məlumata görə, dövlət başçıları sammitin keçiriləcəyi salona daxil olub və söhbət ediblər...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 13:13

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ayaqüstü söhbət ediblər.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, onların söhbəti Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitindən əvvəl baş tutub.

 

Məlumata görə, dövlət başçıları sammitin keçiriləcəyi salona daxil olub və söhbət ediblər.