Tanınmış almaniyalı jurnalist İsrail qüvvələrinin atəşi nəticəsində yaralanıb

Hazırda onun vəziyyətinin stabil olduğu deyilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 13:50

Tanınmış almaniyalı yazıçı və jurnalist Yurgen Todenhofer fələstinlilərin yürüşünə qatılan zaman yaralanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, tanınmış almaniyalı jurnalist ötən gün Qəzzanın şərqində fələstinlilərin dönüş yürüşünə qatılıb. İsrailin qurduğu sərhədlərə yaxınlaşmaq istəyən jurnalist hədəfə alınıb və o yaralanıb.

 

Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.

 

Qeyd edək ki, fələstinlilər ötən gün İsrailin qurduğu sərhədlər istiqamətdə 61-ci yürüşünü keçiriblər.

 

Burada 46 fələstinli yaralanıb ki, onlardan 3-ü də tibbi yardımçıdır.

 

Xatırladaq ki, Donald Trampın Qüds qərarından və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsindən sonra bu yürüşlərə start verilib. İndiyə qədər bu yürüşlərdə 300-dən çox fələstinli həlak olub.