Alen Delon təcili olaraq xəstəxanaya yerləşdirilib

83 yaşlı aktyorun qohumları ürək aritmiyasının artması səbəbi ilə onun xəstəxanaya yerləşdirildiyini bildirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 14:25

Fransız aktyor Alen Delon təcili olaraq Parisdə xəstəxanaya yerləşdirilib.

 

İnterAz Gazeta.ru saytına istinadən xəbər verir ki, 83 yaşlı aktyorun qohumları ürək aritmiyasının artması səbəbi ilə onun xəstəxanaya yerləşdirildiyini bildirib.

 

Məlumata əsasən, aktyor baş ağırısı və başgicəllənmələrindən əziyyət çəkirmiş.