Türkiyədə siam əkizləri ali məktəbə imtahan verib

Onlar Türkiyədə ali məktəbə qəbul imtahanı verən yeganə siam ekizləridir...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 14:37

Türkiyənin Kahramanmaraş əyalətinin Türkoğlu rayonunda yaşayan siam ekizləri ali məktəbə qəbul imtanahı veriblər.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, məlumatı CNNTürk yayıb.

 

Bildirilib ki, Xədicə və Yunus Tanıqulu cütlüyünün 18 yaşında Ayşe və Sema adlı siam ekizləri babaları Abdullah Tanrıqulu ilə birlikdə imtahan vermək üçün Anadolu İmam Hatib Liseyinə gediblər.

 

Onlar Türkiyədə ali məktəbə qəbul imtahanı verən yeganə siam ekizləridir.