Antalyada rus turistlərin olduğu avtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Yaralılar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 15:36

Türkiyənin Antalya əyalətində mikroavtobusun qəzaya düşməsi nəticəsində Rusiya və Özbəkistandan olmaqla yeddi turist xəsarət alıb.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, turistləri daşıyan mikroavtobus qarşı zolaqla hərəkət edən avtomobillə  toqquşub. Qəzada 11 nəfər yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.