İran və Türkiyə prezidentləri arasında ikitərəfli görüş keçirilib

Tərəflər qarşılıqlı əlaqələrin bütün zəminlərdə daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildiriblər...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 16:05

İran və Türkiyə prezidentləri Düşənbə şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə toplantısı (AGEM) çərçivəsində görüşüblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Həsən Ruhani və Rəcəb Təyyib Ərdoğan Tacikistan paytaxtında görüş zamanı ikitərəfli əlaqələri və regionun cari məsələlərini müzakirə ediblər.

 

Tərəflər qarşılıqlı əlaqələrin bütün zəminlərdə daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildiriblər.

 

Agentlik bildirib ki, Türkiyə prezidenti bu görüş zamanı ABŞ-ın İrana qarşı sanksiyalarını və rəsmi Vaşinqtonun Yaxın Şərqdə həyata keçirdiyi siyasəti qınayıb.

 

Qeyd edək ki, Düşənbə şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AGEM) iştirakçıları Qüdsdə status-kvonu dəyişən birtərəfli qərarlara o cümlədən ABŞ-ın müqəddəs şəhərlə bağlı qərarına qarşı bəyanat veriblər.