Bodrumda eniş zamanı təyyarənin şassisi partlayıb

Təyyarə özəl şirkətlərdən birinə məxsus olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Iyun 2019, 09:51

Türkiyənin Milas Bodrum Hava Limanında yerli vaxtla saat 18.00-da eniş edən təyyarənin şassisi partlayıb.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, qəzaya düşən təyyarə enmə zolağından çıxıb. Hadisə yerinə xilasedicilər gəliblər. Xəsarət alan olmayıb. Qəza ilə bağlı müvəqqəti olaraq hava limanında enmə və qalxma dayandırılıb. Təyyarə özəl şirkətlərdən birinə məxsus olub.