Husilər son həftədə 4-cü dəfə olaraq Səudiyyənin hava limanlarını hədəfə alıblar

Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Iyun 2019, 10:31

Husilər son həftədə dördüncü dəfə olaraq Səudiyyə Ərəbistanın Əbha şəhərinin hava limanını pilıotsuz təyyarələrlə hədəfə alıblar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (mərkəzi qərargahları paytaxt Sənada yerləşir) rəsmi sözçüsü briqada generalı Yəhya Səri məlumat verib.

 

Bildirilib ki, "Yəmənə hücum edən Səudiyyə Ərəbistanın Əbha və Cazan şəhərlərinin hava limanları pilotsuz təyyarələri ilə hədəfə alınıb."

 

Əlavə edilib ki, "hücum Yəmənin Qasif K2 pilotsuz təyyarələri ilə həyata keçirilib.

 

Qeyd edək ki, husilər və onlarla müttəfiq olan Yəmən Ordusu Ramazan ayında bəyanat yayaraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin 300 strateji və həyati obyektini hədəfə alacaqlarını bildiriblər.

 

Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.