Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Bundan başqa Kenay yaşayış məntəqəsində havanın temperaturu 31,6 dərəcə, Kinq-Salmonda 31,6 dərəcə isti müşahidə edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 06 Iyul 2019, 10:05

Alyaska ştatının bir sıra rayonlarında tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb.

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli meteorologiya xidməti məlumat yayıb.

 

Meteoroloqların verdiyi məlumata görə, 4 iyul tarixində Alyaskanınən iri şəhəri olan Ankoricedə havanın temperaturu 32.2 dərəcə selsiyə qədər yüksəlib. Sonuncu dəfə ən yüksək göstərici 1969-cu ilin iyun ayında 29,4 dərəcə olub.

 

Bundan başqa Kenay yaşayış məntəqəsində havanın temperaturu 31,6 dərəcə, Kinq-Salmonda 31,6 dərəcə isti müşahidə edilib. Qeyd olunub ki, Alyaskanın cənub ərazilərində də yüksək hərarətin bir neçə gün davam edəcəyi gözlənilir.