15 minə almışdılar, indi milyonerdilər

Buraya helikopter və ya yaxta ilə gəlmək mümkündür...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 06 Iyul 2019, 14:24

2005-ci ildə Melita Xanter adlı qadın Avstraliyadan Cənub-Şərqi Asiyaya gedəndə orada sadəcə, 1 il keçirəcəyini düşünürdü.

 

İnterAz “Qafqazinfo” ya istinadən xəbər verir ki, əri Rorinin arxasınca Kambocaya yollanan qadın sonradan yoldaşı ilə birgə Nyu-Yorka köçməyi planlaşdırırdı.

 

Lakin 10 il keçməsinə baxmayaraq, Avstraliyadan olan cütlük hələdə də Kambocadadır. Və burada lüks oteli olan adaya sahibdirlər.

 

Ezamiyyətdə 1 il keçirdikdən sonra cütlük dincəlmək üçün Sanq Sa adasına baş çəkib. Onlar burada yerli sakinlərlə ünsiyyətdə olublar. Həyatlarında dəyişiklik istəyən kambocalılar adalarında ilk əcnəbi qonaq olan bu cütlüyə maraqlı təklif irəli sürüblər. Nəticədə Xanterlər ailəsi adanı 99 illiyinə icarəyə götürüb. Bunun üçün onlar 15 min dollar ödəyiblər. Həmin vaxt bu pulla Londonda yarım illiyinə ev kirayəyə götürmək olardı. Çox keçməyib ki, ailə tezliklə adada lüks otel tikib.

 

2008-ci il Xanterlər üçün ağır dönəm olub. Onların bankı müflis olduğunu elan edib, Melitada isə xərçəng xəstəliyi aşkarlanıb. Buna baxmayaraq, ailə lahiyədən əl çəkməyib və yer üzərində əsl cənnət yaratmağa müvəffəq olub.

 

Qeyd edək ki, 10 il keçəndən sonra adada 27 lüks villa var. Hansı ki, bu villada gecələməyin qiyməti 869 dollardır. Buraya helikopter və ya yaxta ilə gəlmək mümkündür.