Angela Merkelin səhhətində növbəti dəfə problem yaranıb

Almaniya kansleri Finlandiyanın baş naziri Antti Rinne ilə paytaxt Berlində görüş zamanı titrəyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Iyul 2019, 14:51

Almaniya kansleri Angela Merkelin səhhətində növbəti dəfə problem yaranıb.

 

İnterAz-ın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, Almaniya kansleri Finlandiyanın baş naziri Antti Rinne ilə paytaxt Berlində görüş zamanı titrəyib.

 

Qeyd edək ki, A. Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb. Bundan sonra, oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib.