Yunanıstanda fırtına olub, 6 nəfər ölüb, 108 nəfər yaralanıb

Selanik yaxınlığındakı fırtına nəticəsində 2-si uşaq olmaqla 6 nəfər ölüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 10:20

Yunanıstanda leysan yağması, dolu düşməsi və fırtına baş verməsi nəticəsində 6 turist ölüb, 108 nəfər yaralanıb.

 

İnterAz “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə “ERT” dövlət televiziyası məlumat yayıb.

 

Bildirilib ki, təbii fəlakətlər Yunanıstanın şimalında, xüsusi ilə Halkidiki turizm bölgəsində baş verən fırtına insan ölümünə və dağıntıya səbəb olub.

 

Məlumata görə, 4-nün vəziyyəti ağır olmaqla 108 nəfər yaralanıb.

 

Selanik yaxınlığındakı fırtına nəticəsində 2-si uşaq olmaqla 6 nəfər ölüb. Ölənlər Çexiya, Rumıniya və Rusiya vətəndaşı olan  turistlərdir.

 

Yeni ictimai təhlükəsizlik naziri Mixalis Xrisohoidis deyib ki, bölgədə güclü külək və fırtına insanların ölümünə səbəb olub.