MAQATE-nin ABŞ-ın tələbi ilə İranla bağlı keçirdiyi toplantı nəticəsiz qalıb

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Kazım Qəribabadinin sözlərinə görə bu toplantıda İrana qarşı bir sətirlik cümlə belə bəyanat olaraq verilməyib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 11 Iyul 2019, 11:41

Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə sazişindən çıxan ABŞ-ın tələbi ilə İranın son addımları haqda növbədənkənar toplantı keçirsə də, bu nəticə verməyib.

 

InterAz SalamNews-a istinadla xəbər verir ki, ABŞ-ın tələbi ilə İran haqda Beynəlxalq Atom Enerjisi Agentliyinin ötən gün Vyanada keçirdiyi toplantı nəticəsiz və bəyanatsız bitib.

 

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Kazım Qəribabadinin sözlərinə görə bu toplantıda İrana qarşı bir sətirlik cümlə belə bəyanat olaraq verilməyib.

 

İranın XİN rəhbəri Cavad Zərif də bu məsələ münasibət bildirib:

 

"Amerika dünən BAEA-nin hakimlər şurasının toplantıya çağırdı, hətta İrana qarşı bir sətir belə bəyanat verə bilmədi. Amerika bu işi ilə özünü təcrid etməli oldu."

 

Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxaması, sanksiyalara başlaması və Avropanın sazişin öhdəliklərinə əməl edə bilməməsindən sonra İran onun 3 bəndinin icrasını dayandırıb və növbəti bəndlərlə bağlı qarşı tərəfə iki aylıq möhlət verib. BAEA-nin ötən günkü toplantısı da İranın cavab olaraq sazişin 3 bəndinin icrasını dayandırmasına görədir.