Suriyada Türkiyə ordusunun nəzarətində olan Afrində partlayış törədilib, ölənlər var

Yerli mənbələr ilkin olaraq 5 nəfərin öldüyü və 10-dan çox şəxsin yaralandığını bildirirlər...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 12:19

Suriyanın şimalında Hələb ətyaləti ərazisində yerləşən Afrin şəhərində şiddətli partlayış törədilib.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Yerli mənbələr ilkin olaraq 5 nəfərin öldüyü və 10-dan çox şəxsin yaralandığını bildirirlər.

 

Ölən və yaralananların çoxu suriyalı qaçqınlardır.

 

Yerli mənbələr terror aktının bir minalanmış maşının partladılması ilə həyata keçirildiyini bildiriblər.

 

Qeyd edək ki, Afrin şəhəri ötən il Türkiyə Ordusu və onun dəstəklədiyi "Milli Ordu" (Azad Suriya Ordusu) vasitəsilə kürd bölmələrindən geri alınıb. Həmin zamandan şəhər vaxtaşırı terror aktlarının şahididir.