Suriya Ordusu şimalda terror qruplaşmaları ilə döyüşdə bir qəsəbəni itirib

Suriya ordusu qəsəbəni və ətrafında yerləşən təpələri geri almaq üçün hava zərbələrinə başlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 13:03

 Əl-Qaidənin Suriya üzrə sabiq qanadı ən-Nusra Cəbhəsi (digər adı Heyət Təhrir-Şam) və ona tabe ola birləşmələr Laziqiya əyalətində əks hücumdan sonra Həma əyalətində də əks hücuma keçiblər. Bir qəsəbə qruplaşmaların nəzarətinə keçib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ən-Nusra Cəbhəsi və onun tabeliyində olan birləşmələr Həma əyalətinin şimalında Həmamiyyat qəsəbəsini nəzarətə götürüblər.

 

Suriya ordusu qəsəbəni və ətrafında yerləşən təpələri geri almaq üçün hava zərbələrinə başlayıb.

 

Ötən gündən başlayan bu hücumda hər iki tərəfin çoxlu sayda itkilər verdiyi deyilir.

 

Qeyd edək ki, Ən-Nusra Cəbhəsi Laziqiya əyalətinin Cəbəl-Türkmən bölgəsində də hücuma keçərək, cüzi irəliləyiş əldə edib. Türkiyə və Rusiyanın vasitəçiliyi ilə bölgə haqda əldə edilən atəşkəs artıq 3-4 aydır intensiv şəkildə pozulur.