Mıtişa İstilik Elektrik Mərkəzində yanğının səbəbi məlum olub

Mıtişa İstilik Elektrik Mərkəzindəki yanğın nəticəsində 7 nəfər xəsarət alıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 15:51

Mıtişa İstilik Elektrik Mərkəzində yanğının səbəbi məlum olub.  

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiya fövqəladə hallar nazirinin müavini hadisənin qaz kəmərində sızma nəticəsində meydana gəldiyini açıqlayıb.  

 

*** 13:41

 

Mıtişa İstilik Elektrik Mərkəzindəki yanğın nəticəsində 7 nəfər xəsarət alıb. 

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

*** 13:06

 

Moskva vilayətində yerləşən Mıtişa rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib.

 

İnterAz xəbər verir ki, məlumatı “Gazeta” yayıb.

 

Şahidlərin sözlərinə görə, partlayış səsləri də eşidilib.

 

Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişa şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.