İranın şimal-qərbində bir terror qrupu zərərsizləşdirilib, azı 5 terrorçu məhv edilib

Terror qrupunun 5 üzvü məhv edilib və onların silah-sursatı ələ keçib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 14:14

İranın şimal-qərbində İraqla sərhəd zolağında yerləşən Cavanrud bölgəsində bir terror qrupu zərərsizləşdirilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun (Sepah) mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Kermanşah əyalətinin Cavanrud bölgəsində ölkə ərazisinə girmək istəyən bir terror qrupu zərərsizləşdirilib.

 

Terror qrupunun 5 üzvü məhv edilib və onların silah-sursatı ələ keçib.

 

Qeyd edək ki, Sepah son həftədə ölkənin şimal-qərbində Çaldıran və Piranşəhr bölgələrində də terror qrupları ilə qarşıdurmaya girib.