Kreml Fars körfəzindəki bütün tərəfləri sükunətə dəvət edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Moskvanın Fars körfəzindəki bütün oyunçuları sükunətə çağırdığını bildirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 14:50

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Moskvanın Fars körfəzindəki bütün oyunçuları sükunətə çağırdığını bildirib.

 

"Fars körfəzində və Hörmüz boğazında naviqasiya azadlığı şərtsiz təmin edilməlidir, bu, qlobal iqtisadiyyat və qlobal iqtisadi vəziyyət üçün son dərəcə vacibdir. Biz hər kəsi Fars körfəzində səbrli davranmağa çağırırıq", Peskov deyib.

 

İnterAz xəbər verir ki, bundan əvvəl CNN “Sepah”a məxsusluğu ehtimal olunan 5 ədəd katerin Hörmüz boğazından keçən Böyük Britaniya tankerini saxlamağa cəhd etdiklərinə dair xəbər yaymışdı. Ancaq SEPAH bu məlumatıarı təkzib edib.