İŞİD-ə qoşulan rusiyalıların övladlarından 30-u vətənlərinə gətirilib

Son təxliyə prosesində 30 uşağın İraqdan Rusiyaya gətirildiyi bildirilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 16:06

İŞİD terror təşkilatına qoşulmuş rusiyalıların övladlarından 30-u öz vətənlərinə gətirilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, vaxtilə İŞİD-ə qoşulmuş və onun sıralarında vuruşmuş şəxslərin Rusiya əsilli uşaqları öz vətənlərinə gətirlib.

 

Son təxliyə prosesində 30 uşağın İraqdan Rusiyaya gətirildiyi bildirilir.

 

Bundan öncə Rusiyanın müvafiq qurumları valideynləri ya iki valideynindən biri İŞİD-ə qoşulmuş onlarla uşağı İraq və Suriyadan ölkəyə gətirə biliblər.