BMT Hörmüz boğazında yeni qarşıdurmanın qarşısını almağa çağırıb

Baş katib dəfələrlə Fars Körfəzindəki bütün tərəfləri gərginlik yaradacaq addımlardan uzaq durmağa və maksimum soyuqqanlı davranmağa çağırıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyul 2019, 10:13

BMT, Hörmüz boğazında baş verən insidentlə bağlı bütün tərəfləri  fəlakətli nəticələrə səbəb ola biləcək yeni bir qarşıdurmadan uzaq durmağa çağırıb.

 

İnterAz RİA"Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin köməkçisi Fərhan Hak açıqlayıb. 

 

"Baş katib dəfələrlə Fars Körfəzindəki bütün tərəfləri gərginlik yaradacaq addımlardan uzaq durmağa və maksimum soyuqqanlı davranmağa çağırıb. O bildirib ki, regionda hər hansı yeni qarşıdurma  fəlakətə yol aça bilər", Hak bildirib.